İdman

Bellinqem, Arda Güler ​​və Valverdenin birlikdə görüntüləri gündəm oldu – FOTO/VİDEO

Sharing is caring!


İspaniyanın “Real Madrid” klubunun məşqindən yayımlanan görüntülər gündəm olub.

Yayılan görüntülərdə klubun türkiyəli oyunçusu Arda Gülerin bir neçə komanda yoldaşı ilə məşqindən kadrlar yer alıb.

Cud Bellinqem, Federiko Valverde və Arda Güler arasındakı paslaşma gənc türkiyəli futbolçunun komandaya uyğunlaşmaqda heç bir probleminin olmadığını göstərib.

Xatırladaq ki, aldığı ardıcıl üç zədədən sonra yanvarın əvvəlində transfer olunduğu “Real Madrid”də ilk dəfə forma geyinən futbolçu komanda ilə məşqlərini davam etdirir.

Qeyd edək ki, “El Gol Digital” qəzetinin yazdığı son xəbərə görə, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti La Liqada son matçda heyətə düşməməsinə sərt reaksiya verən Arda Güleri icarəyə vermək fikrindədir. Həmçinin Arda Gülerin “Real Sosyedad”a icarəyə veriləcəyi də bildirilib.

Belə ki, 18 yaşlı gənc futbolçu “Almeria” ilə qarşılaşmada şok hərəkəti ilə İspaniya mediasında böyük səs-küyə səbəb olub. Heyətdə yer aldığı son üç qarşılaşmada oyuna daxil ola bilməyən Arda Güler isinmə jiletini qəzəblə yerə atıb.

Mənbə: Haber Global 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir