İdman

Miri Yusifin bəyənilməyən himninə görə “Neftçi” böyük məbləğ ödədi

Sharing is caring!


“Neftçi”nin yeni rəhbərliyi uğursuz nəticələr fonunda komandadan incik düşən azarkeşlərin könlünü almaq üçün himn yazdırmaq qərarına gəlib.

Pressing.az-a daxil olan məlumata görə, ilk olaraq bununla bağlı şou-biznesin içində olan, eyni zamanda prodüser kimi fəaliyyət göstərən “Neftçi”nin Mətbuat Xidmətinin rəhbəri Emin Əfəndiyə müvafiq tapşırıq verilib.

Klubun sözçüsü isə ilk növbədə prodüseri olduğu Xalq artisti Miri Yusifi önə çəkib. Bu sifariş əsasında paytaxt təmsilçisi üçün yeni himn yazılıb. Lakin ortaya qoyulan iş klub rəhbərliyi tərəfindən bəyənilməyib.

Emin Əfəndi isə məhsul bəyənilməsə belə, ərsəyə gətirilən iş üçün Xalq artistinə ödəniş edilməsinin zəruriliyini rəhbərliyin nəzərinə çatdırıb.

Məbləğ isə heç də az deyil. Belə ki, SOCAR-dan “Neftçi”yə ayrılan milyonlardan nə az, nə çox – 21 480 manat şou-biznes nümayəndəsinin hesabına köçürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir