İdman

İstanbul derbisi: “Fənərbağça” son dəqiqə qolu ilə “Başakşehir”ə qalib gəldi – VİDEO

Sharing is caring!


Türkiyə Super Liqasının 22-ci turunda lider “Fənərbağça” “Başakşehir”in qonağı olub.

İstanbul derbisinin taleyini cəmi bir qol həll edib.

Oyun ərzində ev sahibi komandanın iki oyunçusu qırmızı vərəqə alaraq (45+2 və 90+3-cü dəqiqələrdə) meydandan qovulub.

“Başakşehir”in 9 nəfər qalması azmış kimi qapısına penalti də təyin edilib. Batşuayi 90+4-cü dəqiqədə 11 metrlik zərbəni dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb – 0:1.

Bu nəticədən sonra “Fənərbağça” 57 xalla liderliyini davam etdirir. “Başakşehir” isə 27 xalla 11-cı sıradadır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir