İdman

Azərbaycan Futzal Federasiyasının rəsmisi: “UEFA-nın son qərarı bizim üçün gözlənilməz oldu”

Sharing is caring!


“UEFA-nın son qərarı bizim üçün gözlənilməz oldu”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Futzal Federasiyasının (AFF) Mətbuat Xidmətinin rəhbəri Mahal Məmmədov DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun nəticəsinin UEFA tərəfindən ləğv edilməsi və millimizə texniki məğlubiyyət verilməsi ilə bağlı danışarkən deyib.

Federasiya rəsmisi bildirib ki, DÇ-2024-ün elit mərhələsinin oyunları zamanı bu cür qərarlar çoxluq təşkil edib:

“Məsələn, E qrupunda 7 matçın, yer aldığımız qrupda isə bizə qədər 2 belə görüşün nəticəsi ləğv edilmişdi”.

M.Məmmədov Rumıniya ilə qarşılaşmaya görə verilən texniki məğlubiyyətin anlaşılmaz olduğunu sözlərinə əlavə edib:

“Rumıniya ilə görüşdə iştirak edən Amadeu 2013-cü, Rafael Vilela isə 2017-ci ildən Azərbaycan millisinin heyətində çıxış edirlər. Rumıniya ilə matça qədər onlar dəfələrlə Avropa və dünya çempionatının seçmə, eləcə də final mərhələlərində iştirak ediblər. UEFA-nın bu illər ərzində heç bir reaksiya verməməsi, əksinə, cari seçmə mərhələdə bu qədər oyunun nəticəsini ləğv etməsi anlaşılmazdır”.

Qeyd edək ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi ötən il dekabrın 15-də keçirilən Azərbaycan – Rumıniya (5:5) matçının nəticəsini ləğv edərək, komandamıza 0:5 hesablı texniki məğlubiyyət verib. Qərarda komandamızın UEFA İntizam Qaydasını pozduğu qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir