İdman

İtaliya Superkuboku: “İnter” son dəqiqə qolu ilə “Napoli”ni məğlub etdi – VİDEO

Sharing is caring!


İtaliya Superkubokunun final oyununda “Napoli” “İnter”lə qarşılaşıb. 

Komandalar “Əl Avval Park” stadionunda (Ər-Riyad, Səudiyyə Ərəbistanı) üz-üzə gəliblər. 

Matçın 60-cı dəqiqəsində ikinci sarı vərəqə alan Simione meydandan qovularaq neapolluları azlıqda qoyub. Rəqib komanda isə say üstünlüyündən yalnız əlavə olunmuş dəqiqələrdə istifadə edə bilib. Martinez 90+1-ci dəqiqədə “İnter”in qələbə qolunu vurub – 0:1. 

Maraqlıdır ki, cəmi bir qolun vurulduğu matçda 11 sarı vərəqə göstərilib. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir