İdman

“Napoli” “Fiorentina”nı məğlub edərək İtaliya Superkubokunun finalına yüksəlib – VİDEO

Sharing is caring!


İtaliya Superkubokunun yarımfinal matçında “Napoli” və “Fiorentina” üz-üzə gəlib.

Komandalar “Əl Avval Park” stadionunda (Ər-Riyad, Səudiyyə Ərəbistanı) qarşılaşıblar.

İlk hissənin 22-ci dəqiqəsində Covanni Simeone matçda hesabı açaraq “Napoli”ni önə çıxarıb. 84-cü dəqiqədə Alessio Dzerbin fərqi artırıb. 87-ci dəqiqədə isə o, dubl edərək görüşün yekun hesabını təyin edib – 3:0.

Beləliklə, İtaliya Superkubokunun finalına yüksələn “Napoli” ikinci yarımfinal cütünün qalibi (“İnter” – “Latsio”) ilə qarşılaşacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir