İdman

Türkiyə Kuboku: Batşuayi pokerə, “Fənərbağça” darmadağına imza atdı – VİDEO

Sharing is caring!


Türkiyə Kubokunda 5-ci mərhələnin oyunları keçirilir.

Hazırda ölkə Super Liqasına başçılıq edən “Fənərbağça” 1-ci Liqa komandası “Adanaspor”u qonaq edib.

“Ülker” stadionunda baş tutan qarşılaşmada əsasən ikinci heyətlə çıxış edən ev sahibləri aşağı liqa təmsilçisinin qapısından 6 cavabsız qol keçiriblər. Matçda Linkoln (28), Batşuayi (39, 50, 68, 71), Hakan (81) fərqləniblər.

Oyun Batşuayinin pokerilə yanaşı, Bonuççinin ilk dəfə start heyətində yer alması ilə də əlamətdar olub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir