İdman

A Seriyası: “Yuventus” qələbə ilə “İnter”ə yaxınlaşdı – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasında 20-ci turun oyunları keçirilir.

“Yuventus” bu tur öz meydanında “Sassuolo”nu qəbul edib.

Matç gözlənildiyi kimi, meydan sahiblərinin üstünlüyü ilə keçib. Vlahoviçin dublu (15, 37) və Kyezanın qolu (89) Turin klubuna qələbə qazandırıb – 3:0.

Bu nəticədən sonra “qoca sinyora” 49 xalla 2-ci yerdədir. “Sassuolo” 19 xalla 14-cü pillədə qərarlaşıb.

A Seriyasına isə hazırda 51 xala malik “İnter” başçılıq edir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir