İdman

Premyer Liqa: “Mançester Yunayted” – “Tottenhem” oyununda qalib müəyyənləşmədi – VİDEO

Sharing is caring!


Futbol üzrə İngiltərə Premyer Liqasının XXI turunda “Mançester Yunayted” doğma meydanda “Tottenhem”i qəbul edib.

Oxu.Az xəbər verir ki, qarşılaşmada qalib müəyyənləşməyib.

Hesabı üçüncü dəqiqədə meydan sahiblərinin heyətində R.Hoylund açıb. 19-cu dəqiqədə Riçarlison cavab qolunu vurub.

40-cı dəqiqədə M.Reşford yenidən mançesterliləri önə çıxarıb. İkinci hissənin ilk dəqiqəsində hesaba yenidən tarazlıq gəlib. R.Bentankur fərqlənib.

Beləliklə, heç-heçədən sonra “Mançester Yunayted” 32 xalla yeddinci, “Tottenhem” isə 40 xalla beşinci pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir