İdman

“Sabah” yoxlama görüşündə Ukrayna klubuna böyük hesabla məğlub olub

Sharing is caring!


Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün ikinci yoxlama görüşünü keçirib.

Oxu.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ukraynanın “Vorskla” klubu ilə qarşılaşıb.

Murad Musayevin rəhbərlik etdiyi komanda meydanı böyükhesablı məğlubiyyətlə tərk edib. Ukraynalılar üç cavabsız qol sayəsində 3:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, “Sabah” Antalyadakı ilk sınaq matçında “Rapid”ə (Rumıniya) 2:1 hesabı ilə qalib gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir