İdman

“Çelsi” Messinyo üçün hərəkətə keçdi

Sharing is caring!


Londonun “Çelsi” futbol klubu Messinyo kimi tanınan “Palmeyras”dan olan gənc braziliyalı oyunçu Estevan Villianı hədəf alıb.

Klub 16 yaşlı sağ cinah oyunçusunun transferinə əsas namizəddir.

Məlumata görə, “zadəganlar” Villiana görə 60 milyon avro ödəməyə hazırdırlar. Bununla belə, komissiyaları nəzərə alsaq, əməliyyatın ümumi dəyəri 75 milyon avroya çata bilər.

Artıq “Çelsi” təmsilçisi klubun Villianın müqaviləsində təzminat kimi göstərilən məbləği ödəməyə hazır olduğunu təsdiqləmək üçün Braziliyaya göndərilib.

Qeyd edək ki, “Palmeyras” Villiana olan hüquqların yalnız 70%-nə sahibdir, qalan 30%-i isə onun ailəsinə məxsusdur. Belə ki, 60 milyon avronun 42 milyonunu “Palmeyras”, qalan 18 milyonunu isə Villianın ailəsi alacaq.

Mənbə: sport.es

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir