İdman

“NTD-İndiqo” klubu Sumqayıtda çətin qələbə qazanıb – FOTO

Sharing is caring!


Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 10-cu turunun növbəti oyunu baş tutub.

“Report” xəbər verir ki, “Sumqayıt” klubu çempionatın liderlərindən “NTD-İndiqo” komandasını qəbul edib.

Əlavə vaxtın qeydə alındığı gərgin matçın yekununda Xaçmaz təmsilçisi 104:95 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular “Sumqayıt”dan Smit Roderik (21 xal, 13 ribaund), “NTD-İndiqo”dan isə Qriffin Remmi (23 xal, 14 asist) olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir