İdman

Azlıqda qalan “Atalanta” “Milan”ı keçərək İtaliya kubokunun yarımfinalına çıxdı – VİDEO

Sharing is caring!


Milanın San Siro (Cüzeppe Meatsa) stadionunda İtaliya kubokunun 1/4 final oyunu keçirilib.

Yerli “Milan” və Berqamodan olan “Atalanta” qarşılaşıb. Qarşılaşma 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

38 və 39-cu dəqiqələrdə “Atalanta”nın futbolçusu Qasperini iki sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

45-ci dəqiqədə “Milan”lı Rafael Leau matçda hesabı açıb.

Lakin azlıqda qalan “Atalanta” təslim olmayıb.

45+2-ci dəqiqədə Kompmeyners hesabı bərabərləşdirib. 59-cu dəqiqədə isə o, penaltini dəqiq yerinə yetirməklə komandasının qələbəsini təmin edib.

Beləliklə də, “Atalanta” azlıqda qalsa da, “Milan”ı keçərək İtaliya kubokunun yarımfinalına çıxmağı bacarıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir