İdman

Rusiyalı bloqer Arda Gülerlə azərbaycanlıların məşhur zarafatını paylaşdı – VİDEO

Sharing is caring!


Rusiyalı model və bloqer Svetlana Alekseyevanın Madrid “Real”ının türkiyəli ulduzu Arda Gülerlə videosu gündəm olub.

Oxu.Az-ın məlumatına görə, bloqer “TikTok” sosial şəbəkəsində azərbaycanlıların məşhur “bir dənə çay verərsən” zarafatının videosunun səsi ilə paylaşım edib.

Bu görüntü həm Türkiyədə, həm də İspaniyada günün videosuna çevrilib.

Qeyd edək ki, Svetlana Alekseyeva futbolçulara yaxınlığı ilə tanınan bloqerdir. Onun “Instagram”da iki milyona yaxın izləyicisi var. Alekseyeva həm də Kriştianu Ronaldunun fanatı kimi tanınır. Bloqer portuqaliyalı ulduzun “Ən-Nəsr”dəki bütün matçlarını stadiondan izləyir.

Xatırladaq ki, son günlər bir çox məşhur bloqerlər bu zarafatla video çəkib paylaşırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir