İdman

“Araz-Naxçıvan” klubu 2024-cü ildə ilk transferini rəsmiləşdirib

Sharing is caring!


“Araz-Naxçıvan” futzal klubu 2024-cü ildə ilk transferini rəsmiləşdirib.

“Report” xəbər verir ki, ölkə çempionu Andre Korrea dos Santos Juniorla anlaşıb.

Andrezinyo ləqəbli 26 yaşlı oyunçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Buna qədər vətənində “Sao Lourenço”, “Taubate”, “Yuventude”, “Esporte Futuro” və “Praya” klublarında çıxış etmiş hücumameyilli futzalçı yanvarın 11-də Bakıya gələcək və ertəsi gün yeni komandası ilə məşqlərə başlayacaq.

Qeyd edək ki, Yüksək Liqanın liderini dekabrda Eriko Dannilo, Xətai Bağırov və İsa Atayev tərk ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir