İdman

Xosep Qvardiola FIFA-nı məhkəməyə vermək ideyasını dəstəkləyib

Sharing is caring!


“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbolçuların Həmkarlar İttifaqının oyun təqviminin genişlənməsi səbəbindən Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎nı (FIFA) məhkəməyə vermək fikrini dəstəkləyib.

Mütəxəssis qeyd edib ki, bu halda yalnız oyunçuların tələbi hər şeyi dəyişə bilər.

“Artıq dedim ki, matçlarımız çoxdur. Problem ondadır ki, yayda cəmi üçhəftəlik məzuniyyətimiz var – bu, bərpa üçün kifayət deyil. Zədələrin sayına baxın”, – 52 yaşlı məşqçi qeyd edib.

Məlumat üçün əlavə edək ki, “Mançester Siti” hazırda İngiltərə çempionatının turnir cədvəlində üçüncü yerdədir.

X.Qvardiolanın komandası 19 matçda 40 xal toplayıb.

“Şəhərlilər”in lider “Liverpul”dan fərqi iki xaldır.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir