İdman

Premyer Liqa klubunun futbolçusu malyariyaya yoluxub

Sharing is caring!


İngiltərənin “Bornmut” klubunun futbolçusu Hamed Traore malyariyaya yoluxub.

Bu barədə insayder Fabritsio Romano özünün “X” hesabında məlumat paylaşıb. 23 yaşlı yarımmüdafiəçi təcili olaraq xəstəxanaya yerləşdirilib.

“Bornmut”un baş məşqçisi Andoni İraola xəbəri təsdiqləyib. İspan mütəxəssis futbolçusunun bir müddət yaşıl meydanlardan uzaq qalacağını bildirib:

“Son bir neçə həftə onun üçün çətin keçdi. Traore bir müddət yaşıl meydanlardan kənarda qalacaq”.

Qeyd edək ki, “Bornmut” Hamed Traoreni mövsümün əvvəlində “Sassuolo”dan transfer edib. Kot-D`İvuar millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda bir qol vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir