İdman

“Beşiktaş” yayda transfer etdiyi futbolçu ilə yollarını ayırdı

Sharing is caring!


Türkiyənin “Beşiktaş” klubunda ayrılıq yaşanıb.

İstanbul təmsilçisi Erik Bayi ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bir müddət əvvəl rəhbərliyin qərarı ilə əsas komandadan uzaqlaşdırılan 29 yaşlı mərkəz müdafiəçisinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, “Beşiktaş” Erik Bayini mövsümün əvvəlində “Mançester Yunayted”dən transfer edib. Kot-D`İvuar millisinin üzvü olan təcrübəli futbolçu “qara qartallar”ın heyətində 8 rəsmi matçda meydana çıxıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir