İdman

İspaniyanın “Barselona” klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır

Sharing is caring!


İspaniyanın “Barselona” klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Kataloniya təmsilçisinin əsas hədəfi “Jirona”da çıxış edən Aleiş Qarsiyadır.

Bu barədə jurnalist Jerar Romero özünün “Twitter” hesabında məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçinin klubu ilə müqaviləsində 20 milyon avroluq sərbəstqalma maddəsi var. “Barselona” ispan oyunçunu daha aşağı məbləğə transfer etmək üçün danışıqları davam etdirir.

Qeyd edək ki, “Jirona” Aleiş Qarsiyanı 2021-ci ilin yayında “Eybar”dan transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 18 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir