Cəmiyyət

Altı yaşlı Ayxan yaşamaq uğrunda mübarizə aparır: Qan xərçəngindən əziyyət çəkir – FOTO

Sharing is caring!

Altı yaşlı Əliyev Ayxan Elman oğlu kəskin leykozdan (qan xərçəngi) əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun atası Əliyev Elman İbad oğlu məlumat verib.

O qeyd edib ki, övladı bu xəstəliklə iki ildən çoxdur ki, mübarizə aparır:

“Ayxanın müalicəsi dövründə təkrar qayıdış baş verdi və xərçəng hüceyrələri onurğa beynində aşkarlandı. Biz yenidən eyni mübarizəni təkrarlamaq məcburiyyətində qaldıq. Həkim tərəfindən uyğun görülən dərmanı təcili almalıyıq, lakin buna artıq maddi olaraq gücümüz çatmır. Dərmanın qiyməti 1500 manatdır. Ayxanın müalicəsinə davam edə bilməyimiz üçün Azərbaycan xalqından kömək istəyirik. Bizi bu müalicədə tək qoymasınlar”.

Ailə ilə əlaqə nömrəsi: +99455-331-92-32

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir