İdman

Bu gün “Qalatasaray”la “Fənərbağça” Ər-Riyadda üz-üzə gələcək

Sharing is caring!


Bu gün Türkiyə Super Kuboku matçı keçiriləcək.

Həlledici görüşdə son Türkiyə çempionu “Qalatasaray”la ölkə kubokunu qazanan “Fənərbağça” üz-üzə gələcək. Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. Əzəli rəqiblərin dueli Türkiyənin ATV kanalı ilə canlı yayımlanacaq.

Hər iki komanda qarşılaşmaya itkilərlə çıxacaq. “Qalatasaray”da Hakim Ziyeş, Davinson Sançes, Serjio Ooliveyra və Anxelinyo matçda iştirak etməyəcəklər.

“Fənərbağça”da isə Rodriqo Bekan və Mixa Zayts komandaya kömək edə bilməyəcəklər. Yüngül zədəsi olan Serdar Azizin oynayıb-oynamayacağına baş məşqçi İsmail Kartal qərar verəcək.

Oyunun baş hakimi Abdulkadir Bitigen olacaq. Ona yan xətt hakimləri Erdem Bayık və Mustafa Sarvanlar kömək edəcəklər. Dördüncü hakim funksiyasını Volkan Bayarslan yerinə yetirəcək. VAR hakimi isə Emre Malokdur.

Super Kubok oyunu əzəli rəqiblər arasında 399-cu qarşılaşmadır. Bundan əvvəl keçirilən 398 dueldə “Fənərbağça”nın üstünlüyü var. “Sarı-lacivərtlilər” 148 oyunda qələbə qazanıb. 127 matçda “Qalatasaray” qalib gəlib, 123 oyunda sülh qeydə alınıb. “Fənərbağça”nın 540 qoluna “Qalatasaray” 496 qolla cavab verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir