İdman

“Mançester Siti” geridönüş edib “Everton”a qalib gəldi – VİDEO

Sharing is caring!


İngiltərə çempionatında 19-cu turun daha bir oyunu başa çatıb.

“Everton” oyunda hesabı açsa da, “Mançester Siti” geridönüş edərək qalib gəlməyi bacarıb – 1:3.

“Mançester Siti”nin heyətində Fil Foden, Culian Alvares və Bernardo Silva fərqlənib.

“Everton”un yeganə qolunu isə Cek Harrison vurub.

Beləliklə, “Mançester Siti” son üç matçda ikinci qələbəsini qazanıb. “Everton” isə öz növbəsində ardıcıl ikinci məğlubiyyətini alıb.

Hazırda “Siti” 37 xalla turnir cədvəlində dördüncü yerdədir. “Everton” 6 xalla 17-cidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir