İdman

Türkiyə Futbol Federasiyası “İstanbulspor”a ciddi cəza təyin edib

Sharing is caring!


Türkiyə Super Liqasının XVII turunda keçirilən “İstanbulspor” – “Trabzonspor” matçında baş verən qalmaqalla bağlı qərar verilib.

Oyunun 73-cü dəqiqəsində, hesab 1:1 olarkən İstanbul klubunun prezidenti Ecmel Faik Sarıalioğlu hakim idarəçiliyinə etiraz edərək komandanı meydandan çıxarıb.

Türkiyə Futbol Federasiyasının çıxardığı qərara əsasən, “İstanbulspor”un üç xalı silinib və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub prezidenti Ecmel Faik Sarıalioğlu üç aylıq futboldan uzaqlaşdırırlıb. O, 780 min lirə (45 474 manat) cərimə də edilib.

Həmçinin, azarkeşlərin davranışına görə “İstanbulspor” növbəti ev oyununu boş tribunalar qarşısında keçirməli olacaq.

Mənbə: TFF

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir