Dünya

BMT rəhbəri: “Biz təbiətə ayaqyolu kimi yanaşırıq”

Sharing is caring!

“Bəşəriyyət kütləvi qırğın silahına çevrilib. Artıq hökumətlər “məhv orgiyasını” dayandırmalıdır”.

Bunu BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin Bioloji Müxtəliflik Konfransında çıxışında bəyan edib.

“Nəzarətsiz iqtisadi artıma olan hədsiz iştah bəşəriyyəti kütləvi qırğın silahına çevirdi. Biz təbiətə ayaqyolu kimi yanaşır və özümüz özümüzü məhv edirik”, – deyə Quterreş bildirib.

O, meşələrin qırılması və səhralaşmanın ekoloji sistemlərə mənfi təsirini, eləcə də suyun, havanın və torpağın insan sağlamlığına zərərli maddələrlə çirklənməsini xatırladıb.

Baş katibin sözlərinə görə, dayanıqsız istehsal və istehlak emissiyaların kəskin artması, quru, dəniz və havanın deqradasiyası ilə nəticələnəcək. Quterreş ekologiya probleminin həlli üçün tədbirlərin görülməsini zəruri hesab edir. O, mümkün variantlar arasında ətraf mühitin mühafizəsi üzrə genişmiqyaslı milli fəaliyyət planlarının yaradılmasını, ekoloji layihələrin subsidiyalaşdırılması proqramları, yerli xalqların və yerli icmaların hüquqlarının tanınmasını sadalayıb.

Mənbə: diariolibre.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir