Dünya

Almaniyada eko-aktivistlər özlərini uçuş-enmə zolağına yapışdırdılar – FOTO/VİDEO

Sharing is caring!

“Letzte Generation” (“Son Nəsil”) hərəkatının eko-aktivisləri Münhen (Almaniya) hava limanında aksiya keçiriblər. 

Onlar zolağın üzərində əyləşərək, əllərini yerə yapışdırıblar. Nəticədə aeroport müvəqqəti bağlanmalı olub.

Polis artıq onları saxlayıb.

Bundan əlavə, nümayişçilər Berlin hava limanının da işini pozmağa cəhd ediblər, lakin hüquq-mühafizə orqanları uçuş-enmə zolağının bağlanmasının qarşısını alıblar. Berlin Federal Polisinin bildirdiyinə görə, bu, uçuşlara təsir etməyib.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir