İdman

ARAF-ın baş katibi: “Əsas hədəfimiz 2028-ci ildəki Yay Olimpiya Oyunlarıdır”

Sharing is caring!


“Əsas hədəfimiz 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarıdır”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

O, daha əvvəl olimpiadalarda iki dəfə konkur yarışında iştirak etdiklərini bildirib: “Amma artıq yalnız bu növdə deyil, dresaj – atsürmə üzrə milli komandamız da var və onlar Azərbaycandan kənarda ilboyu təlim-məşq toplanışlarındadırlar. Ümid edirik ki, ölkəmiz 2028-ci ildə atçılıq yarışlarındada bir deyil, iki komanda ilə təmsil olunacaq”.

Federasiya rəsmisi Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycanın atçılıq idmanında təmsil olunmayacağını xatırladıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir