İdman

“Mançester Yunayted” səfərdə “Vest Hem”ə uduzdu – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasının 18-ci turunda “Vest Hem” “Mançester Yunayted”lə qarşılaşıb.

Londondakı Olimpiya stadionundakı matç ev sahiblərinin qələbəsilə başa çatıb – 2:0.

İlk hissə qolsuz keçib. İkinci hissənin 72-ci dəqiqəsində Bouen hesabı açıb. Tezliklə, 78-ci dəqiqədə Məhəmməd Kudus fərqi artırıb – 2:0. Onun qolu bu görüşdə sonuncu olub.

Bu matçın nəticəsindən sonra “Mançester Yunayted” turnir cədvəlində səkkizinci pilləyə geriləyib. Komanda 18 görüşdən 28 xal toplayıb. “Vest Hem” eyni sayda oyundan 30 xalla 6-cı pilləyə yüksəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir