İdman

“Sabah”ın baş məşqçisi Rusiya klubunun təklifini qəbul etməyib

Sharing is caring!


“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya klubu “Şinnik”in təklifini qəbul etməyib.

Oxu.Az xəbər verir ki, Yaroslavl təmsilçisi yeni çalışdırıcısını artıq müəyyənləşdirib.

Birinci Liqa komandasına bundan sonra Dmitri Çerışev rəhbərlik edəcək. 54 yaşlı mütəxəssislə daha bir il uzatmaq bəndi ilə altıaylıq müqavilə imzalanıb.

Qeyd edək ki, “Şinnik”in idman koordinatoru Aleksandr Pobeqalov bir neçə gün əvvəl Murad Musayevlə danışıq aparmaq üçün Azərbaycana gəlmişdi. 40 yaşlı məşqçinin “Sabah”la müqavilə müddəti cari mövsümün sonuna qədərdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir