İdman

MOİK-in baş məşqçisi: “Premyer Liqaya qayıtsaq, ev oyunlarımızı Xankəndidə keçirmək istəyərik”

Sharing is caring!


“Oyunun tarixi torpaqlarımızda keçirilməsinə görə Ali Baş Komandanımıza, Ordumuza minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bu gün buradayıq”.

Oxu.Az xəbər verir ki, bunu MOİK-in baş məşqçisi Qəzənfər Abbasov Xankəndidə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis meydanda əllərindən gələni etdiklərini bildirib: “Rəqibin gücü hər kəsə bəllidir. Onları təbrik edirəm. Qurban müəllim də gözəl matça görə mənə təbriklərini çatdırdı. Futbolçular da kimə qarşı oynadığımızı bilirdilər. Gözəl futbol göstərmək niyyətində idik”.

Abbasov əlavə edib ki, MOİK Premyer Liqaya qayıtsa, ev oyunlarını Xankəndidə keçirmək istəyər.

Rövşən Əsədov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir