İdman

İtaliya kuboku: “İnter” turnirlə vidalaşdı – VİDEO

Sharing is caring!


Futbol üzrə İtaliya kubokunun 1/8 mərhələsində “İnter” doğma meydanda “Bolonya”nın qonağı olub.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb.

Əlavə vaxtın ikinci dəqiqəsində C.Auqusto meydan sahiblərini hesabda önə çıxarıb. Lakin qonaqlar oyunda dönüş edə biliblər. 112-ci dəqiqədə S.Beukema və 116-cı dəqiqədə N.Ndoye fərqlənməklə komandalarının kubokda mərhələ adlamasına səbəb olublar.

1:2 hesabı ilə məğlub olan “İnter” favoriti olduğu turnirlə vidalaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir