İdman

Klublararası dünya çempionatı: İlk finalçı bəlli oldu – VİDEO

Sharing is caring!


Braziliyanın “Fluminense” və Misirin “Əl Əhli” komandaları 2023-cü il klublararası dünya çempionatının yarımfinal matçından qarşılaşıb.

Ciddədəki Kral Abdullah stadionundakı matçda “Fluminense” inamlı qələbə qazanmağı bacarıb – 2:0.

Braziliyalılar 71-ci dəqiqədə Con Aryasın qolu sayəsində hesabda önə keçib. “Fluminense”nin yarımmüdafiəçisi penaltini qola çevirib. Görüşün sonunda isə nominal ev sahiblərinin hücumçusu Con Kennedi yekun hesabı müəyyən edib – 2:0.

Beləliklə də, Latın Amerikası komandası klublararası dünya çempionatının finalına yüksəlib.

Braziliyalılar həlledici görüşdə “Mançester Siti” və “Urava Red Daymonds” qarşıdurmasının qalibi ilə görüşəcəklər. Final oyunu dekabrın 19-da baş tutacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir