İdman

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə dörd qızıl, bir gümüş medal qazanıblar

Sharing is caring!


Azərbaycan üzgüçüləri Macarıstanın Kapoşvar şəhərində yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə dörd qızıl, bir gümüş medal qazanıblar.

Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Süleyman İsmayılzadə iki kateqoriyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, 1500 metr məsafəyə sərbəst üsulda 721 balla (16:10,99 göstərici), 400 metr məsafəyə sərbəst üsulda isə 695 balla (04:08,42) Azərbaycan yeniyetmələri arasında yeni rekorda imza atıb.

Digər üzgüçü Oqtay Hüseynov 4:49,32 göstərici ilə 400 metr məsafəyə qarışıq üsulda bütün rəqiblərindən üstün olub. O, 400 metr məsafəyə sərbəst üsulda (4:13,92) isə gümüş mükafata yiyələnib.

Azərbaycana daha bir çempionluğu Səid Həmidov qazandırıb. O, 4:19,64 göstərici ilə 400 metr məsafəyə sərbəst üsulda qızıl medal əldə edib.

Turnirdə mübarizə bu gün davam edəcək.

Qeyd edək ki, millinin digər 3 üzvü – Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov Serbiyanın Niş şəhərində keçirilən gənclər arasında beynəlxalq turnirdə finala yüksəliblər.

Dünya çempionatına və Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Ramil Vəlizadə ilə Əbdürrəhman Rüstəmov batterflay üzrə 50 və 200 metr, Rəşad Alquliyev isə arxasıüstə üzmə üzrə 100 metrdə qüvvələrini sınayırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir