İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə üç medal qazanıblar – FOTO

Sharing is caring!


Azərbaycan gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirdə üç medal qazanıblar.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, idmançılar batut gimnastikası üzrə yarışda iki qızıl, bir gümüş mükafata yiyələniblər.

Fərdi proqramda Selcan Mahsudova və Nicat Mirzəyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əli Niftəliyev isə ikinci yeri tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir