İdman

Həndbol üzrə Azərbaycan çempionatı: lider itkisiz irəliləyir

Sharing is caring!


Kişi həndbolçular arasında Azərbaycan çempionatında V turun oyunları keçirilib.

Oxu.Az-ın məlumatına görə, ilk dörd turda xal itirməyən “Kür” uğurlu çıxışını davam etdirib.

“Kür” Olimpiya Tədris İdman Mərkəzində qəbul etdiyi “İdman Akademiyası”na asanlıqla qalib gələrək xallarının sayını 10-a çatdırıb.

“Bakı” gərgin alınan görüşdə “Azəryol”a uduzub. “Qarabağ” isə “Təhsil”dən güclü olub.

Azərbaycan çempionatı
V tur
Kişilər

“Təhsil” – “Qarabağ” 22:36
“Bakı” – “Azəryol” 29:31
“Kür” – “İdman Akademiyası” 42:17

Xal durumu”Kür” – 10 xal, “Bakı”, “Qarabağ” – 6, “Azəryol” – 4, “İdman Akademiyası” – 2, “Təhsil”, “Dinamo” – 0.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir