İdman

Yüksək Liqa: “Azərreyl” lideri məğlub etdi

Sharing is caring!


Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub.

AZƏRTAC xəbər verir ki, əvvəlki turlardan vaxtı dəyişdirilmiş bu qarşılaşmada “Murov Az Terminal” və “Abşeron” klubları üz-üzə gəliblər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan matç gərginliyi ilə yadda qalıb. İlk iki setdə daha yaxşı təsir bağışlayan “Murov Az Terminal” hesabda irəli çıxıb. Növbəti hissəni isə “Abşeron” kollektivi aktivinə yazdırıb və ümumi hesabı 2:1 edib.

Lakin təşəbbüsü yenidən ələ alan “Murov Az Terminal” dördüncü setdən də qalib ayrılıb. Beləliklə, 4 hissə davam edən qarşılaşmada “Murov Az Terminal” 3:1 (28:26, 25:22, 29:31, 25:17) hesabı ilə qələbə qazanıb. Bu, “Abşeron”un cari mövsümdə ilk məğlubiyyəti olub.

Qeyd edək ki, “Azərreyl” və  “Abşeron” 15 xalla 1-2-ci yerləri bölüşürlər. Xallarının sayını 12-yə çatdıran “Murov Az Terminal” 3-cü, 9 xalı olan “Gəncə” 4-cü, 3 xalı olan “Milli Aviasiya Akademiyası” 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir