İdman

Benzema penaltini qaçırdı, komandası klublararası dünya çempionatını tərk etdi – VİDEO

Sharing is caring!


Misirin “Əl-Əhli” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandaları klublararası dünya çempionatının ikinci turunda qarşılaşıb.

Ciddə şəhərindəki “Kral Abdullah” stadionundakı matçda. “Əl-Əhli” 3:1 hesabı ilə qalib gələrək turnirin yarımfinalına yüksəlib.

21-ci dəqiqədə “Əl-Əhli”nin müdafiəçisi Əli Məəlul penaltidən hesabı açıb. Birinci hissənin sonunda “Əl-İttihad”ın hücumçusu Kərim Benzema isə penalti zərbəsini qola çevirə bilməyib. 59-cu dəqiqədə yarımmüdafiəçi Hüseyn Əl Şahat “Əl Əhli”nin ikinci qolunu vurub. 3 dəqiqə sonra Emam Aşur hesabı artırıb – 3:0. Görüşün sonunda Benzema təsəlli qoluna imza atıb – 3:1.

Beləliklə də, klublararası dünya çempionatının yarımfinalında “Əl-Əhli” Braziliyanın “Fluminense” klubu ilə qarşılaşacaq. Qarşılaşma bazar ertəsi, dekabrın 18-də baş tutacaq. Digər yarımfinalda isə Yaponiyanın “Urava Red Daymonds” və İngiltərənin “Mançester Siti” komandaları üz-üzə gələcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir