İdman

Çempionlar Liqası: “Sevilya” avrokuboklardan kənarda qaldı

Sharing is caring!


UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turuna start verilib.

Oxu.Az xəbər verir ki, artıq başa çatan iki qarşılaşma ilə B qruplarında mübarizəyə yekun vurulub.

“Arsenal” səfərdə PSV ilə minimal hesablı heç-heçə edib – 1:1. “Lans” isə öz meydanında “Sevilya”ya qalib gəlib – 2:1.

Bu nəticələrdən sonra B qrupunda “Arsenal” 13, PSV 9, “Lans” 8, “Sevilya” isə 2 xal toplayıb.

Beləliklə də, öncəki turdan növbəti mərhələyə keçidini təmin edən “topçular” PSV ilə birlikdə Çempionlar Liqasının 1/8 finalına adlarını rəsmən yazdırıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir