İdman

Rusiyalı olimpiya çempionu ayaqlarının amputasiyasından sonra ilk dəfə konki sürdü – VİDEO

Sharing is caring!


Buz rəqsi üzrə rusiyalı Olimpiya çempionu Roman Kostomarov ayaqları amputasiya olunduqdan sonra ilk dəfə buz üzərində konki sürüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə görüntüləri o, özünün “Telegram” kanalında yayımlayıb.

“Söz verdiyim kimi, buzun üstünə çıxdım! Uşaq vaxtı buzda ilk addımlarımı ancaq valideynlərim görüb. Demək olar ki, mən bunu yenidən öyrənirəm və indi bütün ölkə mənim ilk addımlarımı görəcək”, – deyə o, bildirib.

Qeyd edək ki, Roman Kostomarov bu ilin əvvəlində pnevmoniya diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Süni nəfəs aparatına qoşulan idmançının məhz bu səbəblə əl və ayaq hüceyrələrində sürətli ölüm-nekroz başlayıb. Həkimlər onun hər iki əlini və ayaqlarını kəsməli olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir