İdman

PSJ və “Real Madrid” Mbappenin transferi ilə bağlı razılığa gəlib

Sharing is caring!


Fransanın PSJ və İspaniyanın “Real Madrid” klubları gələn mövsüm 24 yaşlı parisli hücumçu Kilian Mbappenin transferi ilə bağlı razılığa gəliblər.

Məlumata görə, PSJ Mbappe üçün pul təzminatı və bonus alacaq.

Fransız ildə 35 milyon avro qazanacaq ki, bu da onu “Real Madrid” oyunçuları arasında ən çox maaş alan futbolçu edəcək. Madrid klubu həmçinin Mbappeyə imicini meydandan kənarda istifadə etmək hüququ verəcək ki, bu da komanda üçün unikal haldır.

Xatırladaq ki, fransalı hücumçunun PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir. Bu mövsüm Mbappe Liqa 1-də PSJ-nin heyətində 14 oyun keçirib, 15 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir