İdman

“Aston Villa” “Mançester Siti”dən sonra “Arsenal”a da qalib gəldi – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında 16-cı turun daha bir matçı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, turnirin üst sıralarındakı iki komanda “Aston Villa” və “Arsenal” Villa Park arenasında üz-üzə gəlib.

Stadiona toplaşmış tamaşaçılar cəmi bir qolun şahidi olublar. Oyunun 7-ci dəqiqəsində ev sahibləri topu qonaqların qapısından keçirərək qarşılaşmanın taleyini həll ediblər 1:0.

Bu nəticədən sonra “topçular” 36 xalla 2-cı sıradadır. “Aston Villa” isə rəqibilə xal fərqini minimuma endirərək 35 xalla 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, bundan əvvəlki turda “Aston Villa” eyni hesabla “Mançester Siti”yə qalib gəlmişdi.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir