Dünya

İtaliyanın baş naziri: “Rusiya qazından asılılığımız kəskin şəkildə azalıb”

Sharing is caring!

İtaliyanın Baş naziri Mario Draqi ölkəsinin Rusiya qazından asılılığının kəskin şəkildə azaldığını bildirib.

Bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

“İtaliyanın Rusiya qazından asılılığı xeyli azalıb. Keçən ilin bu vaxtında idxal olunan qaz 45 faiz olduğu halda, bu il bu rəqəm 25 faizdir. Təchizat öz yolundadır, ehtiyatlar artır. Bu, əhəmiyyətlidir, çünki müəyyən mənada müharibənin əvvəlində verdiyimiz strateji qərarın bəhrəsidir. İtaliya müharibənin əvvəlində olduğu kimi, artıq özünü strateji və geosiyasi asılılıq mövqeyində görmür. Biz bununla bağlı tez hərəkətə keçdik”.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir