İdman

Azərbaycan Basketbol Liqası: “Xırdalan” uzun fasilədən sonra qələbə qazanıb

Sharing is caring!


Azərbaycan Basketbol Liqasında (ABL) VII turun növbəti oyunları keçirilib.

Oxu.Az-ın məlumatına görə, “Sərhədçi” İdman Mərkəzində baş tutan günün ilk oyununda iki debütant – “Xəzri” və “Sumqayıt” üz-üzə gəliblər.

Liderlər qrupunda qərarlaşan “Xəzri” rəqibi üzərində 95:85 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular “Xəzri”dən Cordan Perkins (19 xal, 12 asist, 11 ribaund), “Sumqayıt”dan isə Smit Roderik (19 xal, 8 ribaund) olublar.

Günün ikinci görüşündə yerli “Sərhədçi” ilə “Xırdalan” qarşılaşıb. Rəqibini 79:57 hesabı ilə məğlub edən “Xırdalan” uzun fasilədən sonra qələbə qazanıb. “Sərhədçi”dən Cekson Rid (13 xal, 4 asist), “Xırdalan”dan isə Cakori Arçi (21 xal, 3 ribaund) ən məhsuldar basketbolçular olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir