İdman

Türkiyə mətbuatı: AFFA Şenol Günəşlə danışıqlara başlayıb

Sharing is caring!


Türkiyə Superliqası liderlərindən “Beşiktaş”ı çalışdıran və klubdan ayrıldıqdan sonra hələ ki, yeni iş yeri axtarışlarında olan Şenol Günəş Azərbaycan milli komandasının “sükanı arxasına” keçə bilər.

Məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) artıq türkiyəli mütəxəssislə danışıqlara başlayıb.

Qeyd edək ki, 71 yaşlı məşqçi bu mövsüm “Beşiktaş”la keçirdiyi 15 matçda 10 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət əldə edib.

Xatırladaq ki, Azərbaycan yığması noyabrda baş məşqçisi Canni De Byazi ilə yollarını ayırıb.

Mənbə: Ajansspor

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir