İdman

Oyunçular xəstələndilər, qarşılaşma təxirə salındı

Sharing is caring!


Kişi voleybolçular arasında Azərbaycan çempionatının “Xarı Bülbül” (Laçın) – “Neftçi” oyunu təxirə salınıb.

Azərbaycan Voleybol Federasiyasından (AVF) “Report”a verilən məlumata görə, buna səbəb bəzi oyunçuların səhhətində problem yaranmasıdır.

“Neftçi”dən AVF-yə rəsmi müraciət ünvanlanıb və komandanın 6 oyunçusunda (Emin Abdullayev, Milad Salehi, Abdollah Azmun, Mohammad Norouzi, Mohammad Abolhasanı, Mohsen Vazehi) yüksək hərarətin (diaqnoz – kəskin respirator xəstəlik) müşahidə edildiyi bildirilib.

Qurum yaranmış vəziyyəti nəzərə alaraq, bu gün keçirilməli olan qarşılaşmanın təxirə salınmasına qərar verib. Matçın nə zaman baş tutacağı hələ bəlli deyil.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir