İdman

“Qarabağ” Zubirlə bağlı qərarını verdi

Sharing is caring!


“Qarabağ” klubu təcrübəli vingeri Abdullah Zubirin mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmağa qərar verib.

Pressing.az-ın əldə etdiyi məlumata əsasən, mərakeşəsilli fransalı futbolçuya bu barədə məlumat verilib. Başqa klublardan təklifləri olan 32 yaşlı vingerin ilk seçimi Ağdam təmsilçisində qalmaq olacaq. Bu səbəbdən tərəflər arasında danışıqlar uğurlu alınacaq.

“Qarabağ” Zubirə ikiillik sözləşmə təklif edib və yaxın həftələrdə anlaşmanın rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, fransalı 2018-ci ildən “köhlən atlar”ın uğurları üçün çalışır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir