İdman

“Liverpul” ilə “Çelsi” əzmkarcasına qələbə qazandılar – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında on dördüncü turun iki maraqlı qarşılaşması birdən başa çatıb.

Hər iki görüş çox məhsuldar keçib və meydan sahibləri qalib gəlib. “Liverpul” öz meydanında “Fulhem”in müqavimətini qırdı, “Çelsi” isə doğma meydançasında “Brayton”u üstələdi.

Beləliklə, “Liverpul” turnir cədvəlində ikinci pilləyə yüksələ bilib, “Çelsi” isə onuncu yeri tutub.

“Liverpul” – “Fulhem” – 4:3 

Qollar: Aleksandr-Arnold, 20 – 1:0; Uilson, 24 – 1:1; Makallister, 38 – 2:1; Tete, 45+3 – 2:2; Rid, 80 – 2:3; Endo, 87 – 3:3; Aleksandr-Arnold, 88 – 4:3.

“Çelsi” – “Brayton” – 3:2 

Qollar: Fernandes, 17 – 1:0; Kolvill 21 – 2:0; Buonanotte, 43 – 2:1; Fernandes, 65 – penalti ilə – 3:1; Joao Pedro, 90+2 – 3:2.

Qırmızı kart: Qallaher 45 – “Çelsi”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir