İdman

Premyer Liqa: “Səbail” son dəqiqə qolu sayəsində məğlubiyyətdən xilas olub – VİDEO

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XV tura start verilib.

“Report”un məlumatına görə, açılış oyunu “Dalğa Arena”da keçirilib.

Rəqiblərini həmin arenada qəbul edən “Araz Naxçıvan” bu dəfə “Səbail”lə qarşılaşıb. Görüşdə hesabı nominal meydan sahibləri açıblar.

Mohammed Kadiri 17-ci dəqiqədə fərqlənib. Lakin qonaqlar məğlubiyyətdən son anda qurtulublar. 90+3-cü dəqiqədə Numan Kurdiç avtoqol müəllifi olub. Nəticədə qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bununla “Səbail” xallarının sayını 23-ə, “Araz Naxçıvan” isə 22-yə yüksəldib.

Qeyd edək ki, turun “Turan Tovuz” – “Sumqayıt” görüşü bu gün, digər matçlar isə dekabrın 3-4-də baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir