İdman

Dünya çempionatının sonuncu günündə beş güləşçimiz mübarizə aparacaq

Sharing is caring!


Bu gün Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatı başa çatacaq.

“Report”un məlumatına görə, “Sərhədçi” İdman Mərkəzindəki yarışın sonuncu günündə Azərbaycanın beş yunan-Roma güləşçisi mübarizə aparacaq.

Nihad Quluzadə (60 kq), Həsən Məmmədli (67 kq), Qurban Qurbanov (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan idmançıları daha əvvəl 10 qızıl, iki gümüş və 6 bürünc medal qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir