İdman

Hacı Hacıyev: “Rusiya millisinin keçmiş baş məşqçisi Azərbaycan yığmasına gələ bilər”

Sharing is caring!


Futbol üzrə Rusiya millisinin keçmiş baş məşqçisi Stanislav Çerçesov Azərbaycan yığmasına gələ bilər.

APA xəbər verir ki, bu barədə Rusiya millisinin və Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Hacı Hacıyev məlumat verib.

O, Stanislav Çerçesovun Azərbaycan milli komandasına baş məşqçi təyin oluna biləcəyi barədə yayılmış xəbərlərə münasibət bildirib.

“Çerçesov bu yaxınlarda qoşulacağı komandada ambisiya və məqsədlərin onun üçün önəmli olduğunu bildirib. Azərbaycan millisinin ambisiyaları var. Əsas odur ki, Çerçesov ora gedəcəkmi? Bəlkə də maraqlanmır. Amma maraqlanırsa, deməli, orada yaxşı nəticələr əldə edə bilir. Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər, bunun üçün ilkin şərtlər var”, – deyə o bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir