İdman

Həndbol üzrə Azərbaycan çempionatı: IV turun təqvimi müəyyənləşib

Sharing is caring!


Həndbol üzrə kişi və qadınlar arasında 30-cu Azərbaycan çempionatlarında IV turun təqvimi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, oyunlar dekabrın ikisi və doqquzu keçiriləcək.

İlk olaraq sabah “AHF Arena” İdman Kompleksində qadınların liqasında iki görüş baş tutacaq. Əvvəlcə “İdman Akademiyası” ilə “Qarabağ” komandaları üz-üzə gələcəklər. İki saat sonra isə “Azəryol” “Bakı”nı sınağa çəkəcək.

Ayın doqquzunda isə qadınların çempionatında bir, kişilərin yarışında iki matç oynanılacaq. Həmin günün kişilər arasında “Azəryol” – “Kür” və “Qarabağ” – “Bakı” qarşılaşmaları Azərbaycan Həndbol Federasiyasının rəsmi feysbuk səhifəsində və yutub kanalında canlı yayımlanacaq.

Həndbol üzrə ölkə çempionatı
IV tur

Qadınlar
2 dekabr

10:00. “İdman Akademiyası” – “Qarabağ”
12:00. “Bakı” – “Azəryol”
9 dekabr
12:00. “Gənclər Birliyi” – “Kür”

Kişilər
9 dekabr

14:00. “Azəryol” – “Kür”
16:00. “Qarabağ” – “Bakı”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir